- IATI AZERBAIJAN
Viza dəstəyi IATI-də

IATI sistemi olaraq innovasiyalarımıza və turizm sənayesinin maksimum asanlaşdırılması üçün daha bir yeniliyə imza atdıq
Tur-paketlərin əsas hissələrindən biri olan və bir çox turizm şirkətləri üçün çətinliklər yaradan viza dəstəyi xidmətini tezliklə agentliklər üçün açıq satışa buraxacağıq. Belə ki, turizm agentlikləri və korporativ şirkətlər IATI sistemində tələb olunan sənədləri yükləyərək bütün əsas turistik bölgələr üçün viza dəstəyindən yararlana biləcəklər.
Sistemdə həmçinin inteqrasiya olunmuş yazışma, sorğulama və çağrı mərkəzi də mövcud olacaq.
İlkin olaraq sistemə Şengen ölkələri, Tayland, Çin və bir sıra başqa ölkələr üçün tələb olunan vizaların dəstək xidməti göstəriləcək.
24 views0 comments