- IATI AZERBAIJAN
Bakı-Ufa-Bakı Uçuşları

12 may tarixindən etibarən Buta Hava Yolları Bakıdan Ufa şəhərinə birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Başqırdıstanın paytaxtı loukost aviaşirkətin Rusiyadakı altıncı istiqaməti olacaq. Belə ki, aviaşirkətin marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin IATI Sistemində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletlər IATI Sistemindən ən uyğun qiymət ilə agentliklər üçün təklif edilir.
IATI sisteminə yeni üzvlük üçün qeydiyyatdan keçin.