• IATI AZERBAIJAN

AZAL - Yay uçuşlarına dair

Hörmətli həmkarlar


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və “Buta Airways” aviaşirkətinin bütün beynəlxalq reyslərinə rəsmiləşdirilən aviabiletlər və həmçinin bütün əlavə xidmətlər üçün rəsmiləşdirilən EMD – lərin ləğvi və yenidən bronlaşdırılması üçün aşağıdakı tətbiq olunacaq qaydaları nəzərinizə çatdırırıq:


1. 10 Mart – 01 avgust 2020 tarixləri arasında yerinə yetiriləcək uçuşlara rəsmiləşdirilən aviabiletlər və EMD-lər:


1.1. Ancaq uçuş tarixinin dəyişdirilməsinə icazə verilir:


· OW (bir istiqamətdə) rəsmiləşdirilən aviabiletlər, uçuş tarixindən sonrakı növbəti 12 ay müddətində olan istənilən tarixə dəyişdirilə bilər.


· Tamamilə istifadə olunmamış RT rəsmiləşdirilən aviabiletlər, ilk uçuş seqmentinin yerinə yetiriləcəyi tarixdən sonrakı 12 aylıq müddətdən gec olmayaraq istənilən tarixə dəyişdirilə bilər.


· Qismən istifadə olunmuş aviabiletlər, istifadə olunmamış uçuş seqmentinin yerinə yetiriləcəyi tarixdən sonrakı 12 aylıq müddətdən gec olmayaraq istənilən tarixə dəyişdirilə bilər.


1.2. Hər bir aviabilet cərimə tətbiq olunmadan 1 dəfə dəyişilə bilər (Rebooking)


1.3. Növbəti bütün dəyişikliklər, tarifin tətbiqi qaydalarına uyğun olaraq yerinə yetirilməlidir


1.4. Marşrutun dəyişdirilməsi zamanı (rerouting) sərnişinin mövcud aviabileti üçün ödədiyi məbləğ çərçivəsində marşrutunun dəyişdirilməsinə icazə verilir.


1.5. Açıq tarixlə (Open date) rəsmiləşdirilən aviabiletlər üçün istifadə müddəti 31 iyul 2021-ci il tarixinə qədər uzadılır.


1.6. Bütün əməliyyatlar zamanı ilk aviabiletin xidmət sinifi saxlanılır.



2. Eyni zamanda 10 Mart – 01 avgust 2020 tarixləri arasında yerinə yetiriləcək uçuşlara rəsmiləşdirilən aviabiletlərin əvəzinə sərnişinin müraciətinə əsasən daşınmanın dəyərini saxlamaq məqsədi ilə “Vаuçer” rəsmiləşdirilə bilər.


2.1. Vаuçer gələcəkdə təzə aviadaşımanın və əlavə xidmətlərin (normadan artıq baqaj, qida, təyyarədə daha rahat yerlərin bronlaşdırılması) ödənilməsi üçün istifadə oluna bilər.


2.3. Vаuçer ikinci şəxsə verilə/ötürülə bilməz.


2.4. Vаuçerin qüvvədə olma müddəti:


· OW (bir istiqamətdə) rəsmiləşdirilən aviabiletlər, uçüş tarixindən sonrakı növbəti 12 ay müddətində.


· Tamamilə istifadə olunmamış RT rəsmiləşdirilən aviabiletlər, ilk uçuş seqmentinin yerinə yetiriləcəyi tarixdən sonrakı 12 aylıq müddətdən gec olmayaraq.


· Qismən istifadə olunmuş aviabiletlər, istifadə olunmamış uçuş seqmentinin yerinə yetiriləcəyi tarixdən sonrakı 12 aylıq müddətdən gec olmayaraq


2.5. Vаuçer tam və ya qismən istifadə oluna bilər. Əgər vаuçer qismən istifadə olunubsa, bu halda qalıq məbləğ üçün əlavə vauçer rəsmiləşdirilməlidir. Vаuçerin etibarlılıq müddəti 2.4 bəndinə əsasən qüvvədə qalır.


2.6. Vаuçer əsasında aviabiletlərin rəsmiləşdirilməsinə ancaq “Azərbaycan Hava Yolları” və ya “Buta Airways” aviaşirkətlərinə məxsus olan reyslərə icazə verilir.


2.7. Vаuçer əsasında rəsmiləşdirilmiş yeni aviabiletlərin uçuş üçün etibarlılıq müddəti 2.4 bəndinə əsasən qüvvədə qalır.


2.8. Həm vаuçer , həm də vаuçer əsasında rəsmiləşdirilmiş yeni aviabiletlər qaytarılmır.


2.9. Həm vаuçerin, həm də vauçer əsasında aviabiletlərin və ya əlavə xidmətlərin rəsmiləşdirilməsi ancaq “Azərbaycan Hava Yolları” aviaşirkətinin satış ofislərində və nümayəndəliklərində mümkündür.



3. 10 mart 2020-ci il tarixinə qədər və 01 avgust 2020-ci ildən sonrakı uçuş tarixlərinə rəsmiləşdirilən aviabiletlərin və EMD-lərin ləğvi və dəyişdirilməsi (marşrutun dəyişdirilməsi daxil olmaqla) tarif qaydalarına uyğun olaraq həyata keçirilir.


4. Aviabiletlərin qaytarılmasına aviaşirkətin normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra icazə verilir.


5. Bu qaydalara əməl olunmaması hallarında ADM siyasəti əsasında müəyyənləşdirilən müvafiq cərimələr tətbiq olunacaq


Xahiş edirik bu məlumatı aviabiletlərin rəsmiləşdirilməsi ilə məşğul olan bütün şəxslərin nəzərinə çatdırılmasını təmin edəsiniz.

89 views

Xidmətlərimiz

- Aviabilet

- Hotellər

- Transfer

- Bağ Evi və Villalar

- Ekskursiyalar

- Tibbi turizm

İş saatları

24/7/365

  • Facebook - White Circle
  • Instagram - White Circle

Əlaqə

221/229 Nizami küç.

Bakı, Azərbaycan | AZ1000

Tel: +994 12 4989092
info@iatiazerbaijan.az